Vladimir Zelenski hakimiyyətə müharibəni bitirmək vədi ilə gəldi, lakin ona əməl edə bilmədi, Rusiya prezidenti Vladimir Putin India Today-ə müsahibəsində qeyd edib.
“Zelenski hakimiyyətə gələndə nəyin bahasına olursa-olsun sülhə çalışacağını bəyan etdi. Ancaq indi o özünü sələfləri kimi aparır, dar bir millətçi qrupun, xüsusən də radikal millətçilərin maraqlarını xalqın mənafeyindən üstün tutur”, – dövlət başçısı bildirib. (Tass)
