Avropa Yayım Birliyi (EBU) İsraili tədbirdən kənarlaşdırmamaq qərarına gəldikdən sonra İspaniya 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtina etmək qərarına gəlib. Bu barədə krallığın RTVE telekanalı məlumat yayıb.
Qeyd olunur ki, RTVE də mayın 16-da Vyanada baş tutacaq müsabiqənin finalını, nə də yarımfinalını yayımlamayacaq.
Hollandiya daha əvvəl də oxşar qərarı açıqlamışdı.
Sentyabrda ispan yayım şirkətinin direktorlar şurası İsrailin iştirak edəcəyi təqdirdə 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirakdan çıxmaq barədə qərar qəbul edib. Daha sonra İspaniya belə bir qərar verən “Böyük beşlik”in (Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa) ilk üzvü oldu. Bunlar Avropa Yayım Birliyinin beş əsas sponsorudur. (Tass)
