Avqust 19, 2026-14:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Özbəkistanın “Üstyurt” regionunda kəşfiyyat-axtarış layihəsinə başlanılıb

2025:12:05 - 15:13
in İQTİSADİYYAT
A A
Özbəkistanın Üstyurt regionunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı ilə həyata keçirilən kəşfiyyat-axtarış layihəsinə başlanılıb.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir Pərviz Şahbazov Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən enerji sektorunda yeni layihələrin istifadəyə verilməsi və tikintisinə başlanmasına həsr olunmuş mərasimdə iştirak edib.

Tədbirdə Özbəkistanın müxtəlif regionlarında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin kimi ölkələrlə yanaşı, Azərbaycanla da birgə həyata keçirdiyi layihələr telekörpü vasitəsilə təqdim edilib.

P. Şahbazov hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu prosesdə dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluğun əvəzsiz rol oynadığını vurğulayıb.

Nazir ölkəmizin tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasını, eləcə də Orta Dəhlizin əhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin münasibətlərimizin inkişafında yeni səhifə açdığını qeyd edib. Bildirilib ki, ölkələrimizin vahid geosiyasi məkan kimi inteqrasiyasını təmin edən bu yeni reallıqlarda enerji tərəfdaşlığı xüsusi yer tutur: “SOCAR və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı ilə həyata keçirilən Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinə başlanması da bunun bariz nümunəsidir. Bu layihə enerji tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqləyir, hər iki ölkənin karbohidrogen sektorunda bilik və texnologiya mübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına və enerji təchizatında birgə iştirak imkanlarına zəmin yaradır.”

Nazir onu da əlavə edib ki, daha bir strateji və regional əhəmiyyətli layihə tarixdə ilk dəfə Azərbaycan, Özbəkistan və Qazaxıstanın elektrik enerjisi sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizi layihəsidir. Bu təşəbbüs perspektivdə Azərbaycanın tranzit rolu əsasında genişlənərək Asiya ilə Avropa arasında yerləşən Orta Dəhliz boyunca bərpa olunan enerjinin ötürülməsi üçün yeni imkanlar yaradacaq.

Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində Özbəkistanda yerləşən investisiya blokları üzrə geoloji kəşfiyyat layihəsinin həyata keçirilməsi ilə əlaqədar SOCAR, “Uzbekneftegaz” “və Özbəkistan Respublikası arasında Kəşfiyyat, İşlənmə və Hasilat üzrə Pay Bölgüsü Sazişi imzalanıb.

Əvvəlki Yazı

Hersoq: “Səudiyyə Ərəbistanı ilə sülh Yaxın Şərqin gələcəyini dəyişə bilər”

Növbəti Yazı

Tailandın Kralı Əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.