İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, o, orduya şiə Hizbullah partiyasının silahlı qanadının İsrail ərazilərini atəşə tutmaqda davam etdiyi Livanla sərhəddə istənilən ssenariyə hazırlaşmaq göstərişi verib.
“Hazırda şimalda güclü zərbələr mübadiləsi aparılır. Biz “Hizbullah”ı vururuq, lakin mənim İDF-yə göstərişim hər hansı bir ssenariyə hazırlaşmaqdır. Mən Hizbullaha təklif edirəm ki, İsrail dövlətini sınaqdan keçirməsin – bu, onların həyatlarının səhvi olardı”. Bu barədə hökumət başçısı ölkənin şimal rayonlarının yerli şuralarının rəhbərləri ilə görüşündə bildirib. Onun açıqlamalarını Nazirlər Kabinetinin mətbuat xidməti yayıb. (Tass)