Aprel 30, 2026-11:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Lukaşenko Paşinyanı mümkün parçalanma istiqamətində addımları nəzərdən keçirməyə dəvət edib

2023:11:14 - 22:46
in DÜNYA, SİYASƏT
A A

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanın Minskdə keçirilən KTMT sammitində iştirakdan imtina etməsinə reaksiya verərək, Ermənistan liderinə parçalanmağa yönələ biləcək növbəti addımları nəzərdən keçirməyi təklif edib. Bu barədə Belarus dövlət başçısının mətbuat katibi Natalya Eysmont iki ölkə liderləri arasında telefon danışığının təfərrüatları barədə danışarkən bildirib.

“Prezident öz təcrübəsinə və oxşar situasiyalarda bəzi digər tanınmış siyasətçilərin hərəkətlərinə əsaslanaraq, Ermənistanın baş nazirini tələsməməyə, tələsik qərarlar qəbul etməməyə, parçalanmağa yönələ biləcək növbəti addımları ciddi düşünməyə dəvət edib”.

Onun sözlərinə görə, ümumiyyətlə, Lukaşenko Ermənistanın baş nazirinin KTMT-nin Minsk sammitində iştirakdan imtina etməsinə sakit reaksiya verib. “Prezident başa düşür ki, bu, istənilən dövlətin başçısının şəxsi işidir”, – deyə mətbuat katibi qeyd edib: “Dəvət Ermənistanın baş nazirinə, eləcə də digər dövlət başçılarına, məsələn, Rusiya prezidentinə ünvanlanıb. 

Bundan əvvəl xəbər verilmişdi ki, noyabrın 14-də Lukaşenko ilə Paşinyan arasında telefon danışığı olub. Tərəflər Qafqazdakı vəziyyəti, ikitərəfli münasibətləri və KTMT-nin qarşıdan gələn sammitinin gündəliyini müzakirə ediblər. Bu, Ermənistan liderinin inteqrasiya tədbirlərində iştirakdan imtina etdiyi ilk hal deyil. Belə ki, oktyabrda o, MDB-nin Bişkek sammitini buraxıb.(Tass)

Əvvəlki Yazı

İsrail ordusuna Hizbullahın istənilən ssenarisinə hazırlaşmaq tapşırılıb

Növbəti Yazı

Putin rusların Qəzza zolağından təxliyyəsində köməyə görə Misir prezidentinə təşəkkür edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.