Ermənistan və Rusiya arasındakı münasibətlər hazırda geosiyasi qarışıqlıq şəraitində çətin bir dövr yaşayır. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ” Noev Kovçeq ” qəzetinə verdiyi müsahibədə bildirib.
“Hamımız görürük ki, münasibətlərimiz hazırda çətin bir mərhələdən keçir və geosiyasi qarışıqlıqlar fonunda sınaqdan keçirilir və bu çətinliklərin dalğaları Cənubi Qafqaz regionuna çatır. Bu çətinliklərin öhdəsindən gəlmək üçün hər iki tərəfdən siyasi iradə, strateji uzaqgörənlik və müdriklik tələb olunur ki, ikitərəfli əməkdaşlığın toplanmış gücünü qoruyub saxlaya bilək”, – deyə rusiyalı diplomat bildirib. (Tass)
