Rusiya Prezidenti Vladimir Putinin hazırkı şəraitdə və Kiyevin onun iqamətgahına hücumunu nəzərə alaraq harada olması ictimai müzakirə mövzusu ola bilməz. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Kremlin sözçüsü vurğulayıb ki, “Prezidentin harada olmasına gəlincə, hazırkı şəraitdə bu mövzu heç bir ictimai müzakirə mövzusu deyil”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kiyev dekabrın 29-u gecəsi Novqorod vilayətindəki Rusiya prezidenti Vladimir Putinin dövlət iqamətgahına 91 drondan istifadə edərək hücum edib. Bütün dronlar məhv edilib. Nazir qeyd edib ki, dronun qalıqlarından ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.
