İyul 23, 2026-22:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Türk professor: Azərbaycan regionun gələcəyini formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir

2026:01:08 - 14:18
in SİYASƏT
A A

Prezident İlham Əliyev müsahibəsində yalnız daxili auditoriya üçün deyil, həm də regionun geosiyasi gələcəyi üçün mühüm mesajlar verib. Prezidentin Türkiyə-Azərbaycan əlaqələri, Zəngəzur dəhlizi və beynəlxalq hüquq barədə səsləndirdiyi fikirlər, regionun yeni reallıqlarını əks etdirir və Bakı-Ankara strateji müttəfiqliyinin möhkəmlənməsinə dair aydın perspektiv təqdim edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Qars Qafqaz Universitetinin professoru Elnur Hasan bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bir çox çıxışlarında Azərbaycan və Türkiyə arasında əlaqələrin qarşılıqlı hörmət və strateji maraqlarla formalaşan müttəfiqlik səviyyəsinə yüksəldiyini, regional sabitliyi qorumaq üçün bu əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu baxış, yalnız diplomatik ifadə deyil, 44 günlük Vətən müharibəsindən sonra formalaşan geosiyasi kontekstdə iki ölkə arasında təhlükəsizlik, iqtisadi inteqrasiya və çoxtərəfli əməkdaşlığın əsasını təşkil edir.

Professorun fikrincə, Ankara-Bakı strateji tərəfdaşlığı çərçivəsində Zəngəzur dəhlizi məsələsi xüsusi yer tutur. “Zəngəzur dəhlizi, sadəcə, bir nəqliyyat xətti deyil, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa, fasiləsiz əlaqəni təmin edən strateji layihədir. Zəngəzur dəhlizi Avrasiya nəqliyyat xəritəsində həm Qərb-Şərq, həm də Şimal-Cənub dəhlizlərinin birləşdirici hissəsi kimi çıxış edəcək. Bu, təkcə iqtisadi inteqrasiyanın yox, həm də regional təhlükəsizlik və stabilizasiya mexanizmlərinin işləməsi baxımından da böyük əhəmiyyət daşıyır”, – deyə E.Hasan bildirib.

Türkiyə-Azərbaycan müttəfiqliyinin hüquqi və strateji cəhətdən yalnız iki ölkənin sərhədləri ilə məhdudlaşmadığına diqqət çəkən ekspert qeyd edib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşdirilməsinin vacibliyini də vurğulayır və bu çərçivədə təhlükəsizlik sahəsində də daha sıx əməkdaşlıq çağırışı edir. Bu, yalnız regional sabitlik üçün deyil, həm də beynəlxalq sistemdə yeni nizam və qarşılıqlı təhlükəsizlik mexanizmlərinin yaradılması baxımından əhəmiyyətlidir.

Elnur Hasan sonda əlavə edib ki, Prezident İlham Əliyevin açıqlamaları Azərbaycanın balanslı, prinsipial və uzaqgörən xarici siyasət xəttinin məntiqi davamıdır. Azərbaycan bu gün yalnız öz milli maraqlarını deyil, regionun və daha geniş coğrafiyanın ədalətə, əməkdaşlığa və davamlı sülhə əsaslanan gələcəyini də formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir.

Əvvəlki Yazı

İsrail ordusu Qəzzadan raket hücumu cəhdini qeydə alıb

Növbəti Yazı

Paşinyan: Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası TRIPP layihəsinin həyata keçirilməsi üçün zəruridir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.