Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün zəruridir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
“Hazırda müəyyən iş prosesləri davam edir və fürsət yarandıqda demarkasiya prosesi davam edəcək. Əlbəttə ki, hər şey yerində də baş verəcək, çünki kommunikasiyaların və TRIPP layihəsinin işə salınması üçün ən azı sərhədin bu hissələri demarkasiya olunmalıdır”, – deyə Paşinyan sərhəd delimitasiyası və demarkasiyası prosesinin hazırkı vəziyyəti ilə bağlı sualı cavablandırarkən bildirib.
O, hazırda yerində aktiv işlərin aparıldığını və xəbərlərin əldə edildiyi anda elan ediləcəyini qeyd etdi. “Bu iş həssas yanaşma tələb edir. Hazırda bu detalları nəzərə almaq üçün sənədlər hazırlayırıq”, – deyə baş nazir bildirib. (Tass)
