İranın Ali Lideri Ayətullah Əli Xamenei ABŞ administrasiyasının İslam Respublikasına qarşı siyasətini tənqid edərək, ABŞ prezidenti Donald Trampın İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi də daxil olmaqla, keçmişin devrilmiş tiranlarının taleyini bölüşəcəyini proqnozlaşdırıb.
“Orada təkəbbür və qürurla oturub bütün dünyanı mühakimə edən şəxs də bilsin ki, bu dünyanın zalımları və təkəbbürlü insanları, məsələn, Firon, Nəmrud [qədim kral], Rza Xan [İranın sonuncu kral sülaləsinin banisi], Məhəmməd Rza [sonuncu İran şahı] təkəbbürlərinin zirvəsində devrildilər. O da devriləcək”, – deyə Xamenei əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdə bildirib. Veriliş İslam Respublikasının dövlət televiziya və radio şirkəti tərəfindən yayımlanıb. (Tass)
