İtaliyanın Baş naziri Corciya Meloni hesab edir ki, Avropanın Rusiya ilə danışmasının vaxtı gəlib çatıb. O, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Baş nazirin müavini və hakim koalisiya partiyası olan Leqanın lideri Matteo Salvininin Rusiya ilə dialoq lehinə mövqeyi ilə bağlı suala cavab olaraq bildirib.
“Salvini, [Fransa prezidenti Emmanuel] Makron kimi, Rusiyanın İtaliya ilə münasibətləri barədə fikirlərini bildirdi. Bu halda, düşünürəm ki, Makron haqlıdır: Hesab edirəm ki, AB-nin də Rusiya ilə danışıqlara başlamasının vaxtıdır”, – deyə o bildirib.
“Əlbəttə ki, sual budur ki, bunu kimin etməlidir. Səslər həddindən artıq çoxdur”, – deyə o, davam edib. (Tass)
