Polşa Milli Müdafiə Nazirliyi vətəndaşlara müharibə və ya böhran vəziyyətləri üçün təlimatları özündə əks etdirən 4 milyon nüsxə “Təhlükəsizlik Bələdçisi” broşürünü poçtla göndərib. Müdafiə nazirinin müavini Sezari Tomçik bu barədə Polsat televiziyasına verdiyi müsahibədə bildirib.
Tomçik əlavə edib ki, “Milli Müdafiə Naziri və Daxili İşlər Naziri tərəfindən nəşr olunan “Təhlükəsizlik Təlimatı”nın dörd milyon nüsxəsi artıq poçt qutularınıza çatıb. Sizdən xahiş edirəm ki, poçt qutularınızı yoxlayın və bu vacib məlumatla tanış olun”.
Tomçikin sözlərinə görə, plana görə, bu broşürlərdən 13 milyonu çap olunmalı və onların hər bir Polşa ailəsinə çatmasını təmin edilməlidir. Broşür həmçinin onlayn olaraq da mövcuddur.
Təlimatda ərzaq ehtiyatının necə yığılacağına dair təlimatlar, təxliyə marşrut xəritələri, yaxınlıqdakı sığınacaqların xəritələri və həyəcan siqnalı cədvəlləri yer alır. Digər şeylərlə yanaşı, broşürlərdə kiberhücumlara, təbii fəlakətlərə və vacib infrastruktura dəyən ziyana necə cavab vermək barədə məsləhətlər verilir. (Tass)
