ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov İranın sonuncu şahının böyük oğlu və İran müxalifətinin lideri Rza Pəhləvi ilə gizli görüş keçirib. Bu barədə Axios öz mənbələrinə istinadən məlumat yayıb.
ABŞ-ın yüksək vəzifəli rəsmisi görüşün ötən həftəsonu baş tutduğunu bildirib. Portalın məlumatına görə, bu, İranda kütləvi nümayişlər və iğtişaşların başlamasından bəri ABŞ administrasiyası ilə müxalifət qüvvələri arasında ilk belə yüksək səviyyəli təmasdır.
“Pəhləvi rejimin süqutu halında özünü keçid lideri kimi təqdim etməyə çalışır”, – Axios yazır. (Tass)
