İyul 22, 2026-20:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan özünü qlobal problemlərin müzakirə olunduğu əsas platformalardan biri kimi təqdim edib

2026:01:14 - 12:55
in SİYASƏT
A A

Prezident İlham Əliyevin sədrliyi ilə 2026–2035-ci illəri əhatə edən su və kanalizasiya məsələlərinə dair keçirilmiş müşavirə strateji əhəmiyyət kəsb edir. Çünki dövlətin əsas prioritet istiqamətlərindən biri dayanıqlı inkişafın təmin olunmasıdır və bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

O, xüsusilə vurğulayıb ki, Bakı şəhərində və Abşeron yarımadasında son illər ərzində məskunlaşma və əhali sayı dəfələrlə artıb. Bu baxımdan yağış sularının idarə olunması, kanalizasiya sistemlərinin mövcud vəziyyəti, onların genişləndirilməsi və müasir tələblərə uyğun qurulması mühüm aktuallıq kəsb edir. Məhz bu məsələlərə böyük diqqət və həssas yanaşma onu göstərir ki, hər bir sahə dövlətin nəzarətindədir.

“Bir neçə mərhələdə icra olunacaq Dövlət Proqramı bu sahədə mövcud boşluqları və çatışmazlıqları aradan qaldıracaq. Digər mühüm məsələ su ehtiyatları ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, ölkəmizin su ehtiyatlarının təqribən 70 faizdən çoxu digər ölkələrin ərazilərində formalaşaraq Azərbaycan ərazisinə daxil olur ki, bu da ekoloji təhlükəsizliyin təmin olunması baxımından son dərəcə önəmlidir”, – deyə İ.Hüseynov qeyd edib.

O bildirib ki, Ermənistanın transsərhəd çayları çirkləndirməsi, müxtəlif tullantıları bu çaylara axıtması da ciddi ekoloji problemlərə, eyni zamanda, iqlim böhranının dərinləşməsinə səbəb olur. Digər mühüm məqam isə dünyada geniş müzakirə olunan iqlim dəyişiklikləri, orta illik temperaturun artması və çayların su ehtiyatlarının azalması ilə bağlıdır.

“Azərbaycan özünü qlobal problemlərin müzakirə olunduğu əsas platformalardan biri kimi təqdim edib. Bu baxımdan da Dövlət Proqramının icrası mərhələlərində vətəndaşların gözləntiləri nəzərə alınacaq və bu sahədə mövcud əsas çağırışlar öz həllini tapacaq”, – deyə politoloq əlavə edib.

Əvvəlki Yazı

Su təchizatı ilə bağlı Dövlət Proqramı əhalinin həyat keyfiyyətini köklü şəkildə artıracaq 

Növbəti Yazı

“Kazmortransflot” ötən il Xəzər dənizi ilə konteyner daşımalarını 15 %-dən çox artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.