Bu barədə “Report” KMG-yə istinadən xəbər verir.
“Ötən ilin yekunları üzrə, KMG-nin törəmə şirkəti Xəzər dənizi ilə konteyner daşımalarında davamlı artım nümayiş etdirərək Qazaxıstanın tranzit-nəqliyyat potensialının inkişafında mövqelərini möhkəmləndirib. Belə ki, ötən il Aktau-Bakı-Aktau fider xətti üzrə 59,4 min TEU (20 fut ekvivalentində) konteyner daşınıb. Bu göstərici 2024-cü illə müqayisədə (51,4 min TEU) 15 %-dən çoxdur”, – məlumatda qeyd edilib.
Bildirilib ki, bununla bağlı müsbət dinamika Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımalara tələbatın artması ilə əlaqədardır.
