Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya 90 milyard avro ayıra bilməyəcək və buna görə də onun bu təklifləri reallıqdan tamamilə uzaqdır. Macarıstanın Baş naziri Viktor Orban bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Kiyevə maliyyə və hərbi yardım göstərmək üçün irəli sürdüyü planı şərh edərkən bildirib.
Baş nazir Facebook-da yazıb: “Dondurulmuş Rusiya aktivlərinin Brüssel kreditlərini ödəmək üçün istifadə edilə biləcəyinə inanan hər kəs üzv dövlət liderlərinin dekabr ayında keçirilən Aİ sammitində buna qarşı səs verməsi faktını görməzdən gəlir”, – deyə baş nazir Facebook-da yazıb.
O, həmçinin qeyd edib ki, “Brüsselin Ukraynaya verdiyi kreditlərin Rusiyanın hesabına ödəniləcəyinə ümid edən hər kəs” ya real dünyanı bilmir, ya da bundan xəbərsiz olmaq üçün başını quma basdırır.
Orban sözünə davam edərək bildirib ki, “Zamanın rusların tərəfində olmadığına inanan hər kəs fundamental hərbi, iqtisadi, coğrafi və riyazi faktları qəbul etməkdə tərəddüd edir və ya istəmir”. Baş nazir əlavə edib ki, Ukraynanın “təsirli islahatlar həyata keçirdiyini” iddia edən hər kəs son aylarda Kiyevdə baş verən böyük korrupsiya qalmaqalını görməzdən gəlir. (Tass)
