Avqust 21, 2026-19:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Qana Azərbaycanla akvakultura sahəsində əməkdaşlığa maraq göstərir

2026:01:15 - 15:41
in İQTİSADİYYAT
A A

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsraildə keçirilən “Sea the future: II Mavi qida təhlükəsizliyi qlobal sammiti” çərçivəsində Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Artur ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı nazirlər Azərbaycan və Qana arasında müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, aqrar məhsulların ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Qeyd olunub ki, ikitərəfli əlaqələrin gücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir və uzunmüddətli, dayanıqlı iqtisadi əməkdaşlığa zəmin yaradır.

Nazir Emeliya Artur Qananın Azərbaycanla, ilk növbədə, akvakultura sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün geniş perspektivlərin mövcudluğunu diqqətə çatdırıb.

Nazir Məcnun Məmmədov isə qeyd edib ki, Azərbaycan Respublikası Afrika dövlətləri ilə müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı ardıcıl şəkildə genişləndirir. Son dövrlərdə bir sıra Afrika ölkələri ilə aqrar sahə üzrə əməkdaşlıq memorandumlarının imzalandığını xatırladan nazir, Qana Respublikası ilə də analoji sənədin imzalanmasını, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi məqsədilə birgə işçi qrupunun yaradılmasını təklif edib. Məcnun Məmmədov əlavə olaraq Azərbaycanın aqrar sahədə tətbiq etdiyi qabaqcıl texnologiyaları və formalaşmış təcrübəni Qana tərəfi ilə bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin aqrar təhsil sahəsində əməkdaşlıq, qanalı gənclərin Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alması imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Tusk Polşa qoşunlarının Qrenlandiyaya göndərilməsi ideyasını rədd etdi

Növbəti Yazı

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.