Polşa hakimiyyətinin Qrenlandiyaya hərbi kontingent göndərmək planı yoxdur. Bu barədə jurnalistlərə Polşanın Baş naziri Donald Tusk bildirib.
Tusk ofisinin sosial mediasında canlı yayımlanan mətbuat konfransında “Polşanın Qrenlandiyaya qoşun göndərmək niyyəti yoxdur” deyib. Polşa baş naziri ABŞ-ın Qrenlandiyaya mümkün hərbi müdaxiləsinin Avropa və NATO üçün “siyasi fəlakət” olacağını iddia etdi. Buna baxmayaraq, Tusk belə bir ssenarinin istisna edilə bilməyəcəyinə inanır.
Daha əvvəl Almaniyanın Bild tabloid qəzeti öz mənbələrinə istinadən Almaniyanın tezliklə Qrenlandiyaya hərbi qüvvələrini göndərəcəyini bildirmişdi. Bundan əlavə, İsveç artıq Danimarkanın xahişi ilə Arktika Dözümlülüyü təliminə hazırlıq məqsədilə adaya qoşun göndərib. (Tass)
