Kambocanın Baş naziri Hun Manet ölkənin Qəzza Sülh Şurasına qoşulacağını açıqladı. Bu barədə “Khmer Times” qəzeti məlumat yayıb.
Baş nazir Kambocanın ABŞ Prezidenti Donald Trampdan Sülh Şurasında iştirak etmək üçün rəsmi dəvət aldığını qeyd edib və Pnompenin təşəbbüsə qoşulmaq istəyini təsdiqləyib. O, bu addımın Asiya ölkəsinin xoşməramlılığını və qlobal sülhün qorunmasına sadiqliyini əks etdirdiyini söyləyib. (TASS)
