İyun 7, 2026-13:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İdarə Heyətinin sədri: AQTİ 50 yeni müayinə metodu tətbiq edib

2026:01:26 - 15:20
in SOSİAL
A A

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 17 laboratoriyası fəaliyyət göstərir. Laboratoriyaların texniki təchizatı və müayinə imkanları genişlənməkdədir. İnstitut ilk növbədə, bu sahədə normativ sənədlərin hazırlanması, yeni normaların və qaydaların müəyyən edilməsi üzrə fəaliyyət göstərir. Həmin normalar müəyyən olunduqca analizlərin aparılması da laboratoriyalar tərəfindən təmin edilir. Laboratiya fəaliyyəti üç istiqamətə bölünür. Bunlar qida təhlükəsizliyi, heyvan sağlamlığı və bitki sağlamlığı ilə bağlıdır. Həmin laboratoriyalar regional şəbəkə şəklində paylanıb.

Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev AQTA-nın 2025-ci ilin yekunlarına həsr olunan brifinqində bildirib.

O qeyd edib ki, 17 laboratoriya ilə yanaşı, institutun tərkibində 4 çadır tipli laboratoriya da fəaliyyət göstərir. Bunlardan 3-ü heyvan sağlamlığı və baytarlıq nəzarəti, 1-i isə fitosanitar fəaliyyətlə bağlıdır. “Bundan əlavə, 4 səyyar nəqliyyat vasitəmiz də fəaliyyət göstərir ki, onlar vasitəsilə də laborator analizlər aparılmaqdadır. AQTİ 50 yeni müayinə metodu tətbiq edib. Bununla da, metodların sayı 990-a çatıb. Bunlar, sözsüz ki, AQTİ-də yeni avadanlıqların alınması, təchizat zəncirinin qurulması nəticəsində baş verib. Eyni zamanda, kadrların peşəkarlığının artırılması, onların beynəlxalq səviyyəli təlimlərdə iştirakı da diqqət mərkəzimizdədir”.

Əvvəlki Yazı

Amnistiya aktı indiyədək 12 mindən çox şəxsə tətbiq olunub

Növbəti Yazı

Kambocanın Baş naziri ölkənin Qəzza Sülh Şurasına qoşulduğunu elan etdi.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.