Avqust 22, 2026-16:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Zəngəzur dəhlizi region ölkələri üçün strateji imkanlar yaradır

2026:01:27 - 14:40
in İQTİSADİYYAT
A A

Zəngəzur dəhlizi Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya reallıqlarını formalaşdıran əsas layihələrdən biri kimi region ölkələri üçün mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Müasir geosiyasi və geoiqtisadi çağırışlar fonunda bu dəhliz regional əməkdaşlığın dərinləşməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edən vacib mexanizm kimi qiymətləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev mədəniyyət mərkəzinin sədri, siyasi ekspert Bilal Dündar bildirib.

Onun sözlərinə görə, dəhlizin əsas əhəmiyyəti ilk növbədə regionun nəqliyyat-logistika potensialının artırılması ilə bağlıdır.

“Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birbaşa birləşdirməklə yanaşı, “Şərq–Qərb” və “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Marşrutlarının funksionallığını gücləndirir. Bu isə yükdaşımaların sürətlənməsinə, tranzit xərclərinin azalmasına və regionun Avropa ilə Asiya arasında etibarlı körpü rolunun möhkəmlənməsinə imkan yaradır. İqtisadi baxımdan Zəngəzur dəhlizi region ölkələri üçün yeni inkişaf perspektivləri açır. Dəhlizin fəaliyyətə başlaması tranzit gəlirlərinin artmasına, logistika mərkəzlərinin və sənaye zonalarının yaradılmasına, həmçinin ticarət dövriyyəsinin genişlənməsinə şərait yaradır. Xüsusilə Azərbaycan üçün bu layihə ölkənin nəqliyyat qovşağı kimi mövqeyini daha da gücləndirir, regionun iqtisadi xəritəsində aparıcı rolunu möhkəmləndirir. Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanın birbaşa quru əlaqəsini təmin etməklə Türk dünyası ölkələri arasında iqtisadi və nəqliyyat inteqrasiyasını sürətləndirir. Bu dəhliz Orta Asiya dövlətlərinin Avropa bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın real infrastruktur əsaslarını formalaşdırır”, – deyə o vurğulayıb.

Ekspert bildirib ki, layihə Ermənistan üçün də yeni imkanlar yaradır. Belə ki, kommunikasiyaların açılması bu ölkənin regional nəqliyyat şəbəkələrinə inteqrasiyasını təmin edə, tranzit ölkə statusu qazanmasına və iqtisadi fəallığın artmasına töhfə verə bilər: “Bu baxımdan Zəngəzur dəhlizi regionda qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Zəngəzur dəhlizi sülh və sabitliyin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat-kommunikasiya xətlərinin açılması region ölkələri arasında qarşılıqlı etimadı artırır, iqtisadi asılılığı gücləndirməklə uzunmüddətli təhlükəsizlik üçün möhkəm zəmin yaradır. Beləliklə, Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, regionun gələcək inkişafını müəyyənləşdirən strateji təşəbbüsdür. Bu dəhlizin reallaşması Cənubi Qafqazın qlobal iqtisadi və nəqliyyat sistemində mövqelərini gücləndirməklə yanaşı, region ölkələri üçün qarşılıqlı fayda və dayanıqlı inkişaf imkanları yaradır”.

Əvvəlki Yazı

Prezident Sumqayıtda polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub

Növbəti Yazı

Qaqauziya Mərkəzi Seçki Komissiyası yaradacaq və seçkilərə hazırlıqları bərpa edəcək.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.