Türkiyənin Qəzza zolağındakı münaqişə bitənə və humanitar missiyalara icazə verilənə qədər İsrail ilə ticarəti bərpa etmək planı yoxdur. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” yə verdiyi müsahibədə bildirib.
“Biz əvvəldən aydın şərtlər qoymuşuq. Müharibə davam etdiyi və heç bir yardım işçisinin Qəzzaya girməsinə icazə verilmədiyi müddətcə ticarətimizi bərpa etməyəcəyik. Bizim problemimiz İsraillə deyil. Bizim problemimiz İsrailin bölgədəki siyasətidir, xüsusən də fələstinlilərə qarşı və xüsusən də Qəzzada son soyqırımıdır”, – deyə Fidan bildirib.
Qəzzada nizamlanma perspektivlərindən danışarkən o, Sülh Şurasını Fələstin və İsrail arasındakı vəziyyətin sabitləşdirilməsi ilə bağlı “gündəliyi həqiqətən irəli apara biləcəyimiz bir platforma” hesab etdiyini qeyd edib. (Tass)
