ABŞ prezidenti Donald Tramp Meksikaya mümkün səfərini Meksika prezidenti Klaudiya Şeynbaumla müzakirə etdiyini bildirib.
Tramp Truth Social-a bildirib ki, “Meksika prezidenti Klaudiya Şeynbaumla çox məhsuldar söhbətim oldu. Hər iki tərəf üçün çox yaxşı keçdi”.
Onun sözlərinə görə, söhbət əsasən sərhəd təhlükəsizliyi, narkotik qaçaqmalçılığı ilə mübarizə və ticarət mövzularına yönəlib. “Tezliklə yenidən danışacağıq və nəticədə ölkələrimizdə görüşməyə razılaşacağıq”, – deyə Amerika lideri bildirib. (Tass)
