ABŞ-ın vitse-prezidenti J.D. Vensin Ermənistan və Azərbaycana səfəri 9-11 fevral tarixlərində baş tutacaq. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
Sənəddə deyilir ki, dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ceykob Helberq “9-11 fevral tarixlərində vitse-prezident J.D. Venslə birlikdə Milan, Yerevan və Bakıya səfər edəcək”. Sənəddə qeyd olunur ki, Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının “sülh səylərini”, eləcə də Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsini təşviq etmək məqsədi daşıyır.
Qeyd edək ki, bir müddət əvvəl Amerika lideri Donald Tramp Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər etmək niyyətində olduğunu bildirib. (Tass)
