İsrail Baş naziri Binyamin Netanyahu gələn həftə ABŞ-a daha bir səfər edəcək. Bu barədə Baş Nazirin Ofisi məlumat verib.
Onun açıqlamasına görə, Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında fevralın 11-də Vaşinqtonda görüş keçirilməsi gözlənilir və əsas mövzu ABŞ-ın İranla danışıqları olacaq.
Ofisdən bildirilib ki, “Baş nazir hesab edir ki, istənilən danışıqlara [İranın ballistik raket arsenalının] məhdudlaşdırılması və İran oxuna (Yaxın Şərqdə Tehranla müttəfiq olan qüvvələrə ) dəstəyin dayandırılması mövzuları daxil edilməlidir”. (Tass)
