Yaş saçla yatmaq saç və baş dərisi sağlamlığı üçün zərərli ola bilər. Ritorika.az xəbər verir ki, saçlar yaş halda daha həssas olur və sürtünməyə, təzyiqə qarşı daha az dayanıqlıdır.
Yaş saçla yatmaq saç qırılmasına, saç tökülməsinə və saç uclarının ikiyə bölünməsinə səbəb ola bilər. Həmçinin, saç dərisində və yastıq örtüyündə nəm qalması göbələk və bakteriyaların çoxalmasına şərait yaradaraq baş dərisində infeksiyalara yol aça bilər. Uzun müddət belə vərdiş saxlamaq saçların sağlamlığını əhəmiyyətli dərəcədə zəiflədə və saçın təbii parlaqlığını azalda bilər. Bundan əlavə, saç dərisində nəm qalması başda qaşınma, qıcıqlanma və sızanaq kimi problemləri də artırır. Saçları yumşaq bir şəkildə qurulamaq və yuxu zamanı saçları sərbəst buraxmaq bu riskləri minimuma endirə bilər.
Ekspertlər də tövsiyə edir ki, saçlar yatmazdan əvvəl yumşaq şəkildə qurudulsun və gecə ipək yastıqdan istifadə edilsin. Belə tədbirlər saçların sağlamlığını qorumağa kömək edir.
Ritorika.az
