İyun 27, 2026-14:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ABŞ-ın Vitse-prezidentinə açıq məktub Azərbaycan vətəndaş cəmiyyətinin dialoqa sadiqliyini nümayiş etdirir ŞƏRH

2026:02:10 - 17:51
in SİYASƏT
A A

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensə ünvanladığı açıq məktub həm daxili, həm də beynəlxalq ictimaiyyət üçün mühüm siyasi, humanitar və normativ mesajlar daşıyan sənəddir. Bu müraciət cəmiyyətimizin sülh, ədalət və tarixi hüquqlar məsələlərinə verdiyi dəyəri əks etdirir və hazırkı geosiyasi şəraitdə konstruktiv dialoqun vacibliyini vurğulayır. Məktubda əsasən üç istiqamət diqqət mərkəzində saxlanılır: dinlərarası harmoniya və tolerantlıq, tarixi ədalət və mədəni irsin qorunması, eləcə də davamlı sülhün təmin olunmasına dəstək çağırışı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli deyib.

Onun sözlərinə görə, məktubda əvvəlcə Azərbaycan cəmiyyətinin öz dəyərlərini – dini azadlığı, mənəvi ənənələri və qarşılıqlı hörməti yüksək qiymətləndirdiyi açıq şəkildə ifadə edilir. Sivilizasiyalararası körpü rolunu vurğulayan müraciət ölkəmizin müxtəlif dini icmalar üçün necə səmimi bir həyat məkanı yaratdığını xatırladır. Qeyd olunur ki, Azərbaycan yalnız diplomatik əlaqələrdə deyil, həm də mədəni münasibətlərdə xristian dünyası ilə dərin və davamlı münasibətlər formalaşdırıb. Katolik icmaları və yeni dini məkanların yaradılması, müxtəlif dini icmaların çiçəklənməsi üçün şəraitin genişlənməsi bu yanaşmanın praktik nümunələridir.

“İkincisi, məktubda tarixi ədalət, insan hüquqları və mədəni irsin qorunması məsələlərinə diqqət çəkilir. Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına dinc və ləyaqətli qayıdış hüququnun tanınması və bunun beynəlxalq hüquq çərçivəsində dəstəklənməsi çağırışı bir daha irəli sürülür. Məktub bunu vurğulamaqla, münaqişənin tarixi aspektlərinə obyektiv yanaşmanın vacibliyini beynəlxalq ictimaiyyətə çatdırır. Bundan başqa, məktubumuz 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni sülhün bərqərar olması üçün əsas işıq mənbəyi kimi dəyərləndirir. Burada xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Donald Trampın ticarət, təhlükəsizlik və qarşılıqlı hörmətə əsaslanan ortaq baxışlarına dəstək ifadə olunur. Məktubda qeyd edilir ki, davamlı sülh yalnız ərazi iddiası olmadan, insan hüquqlarına hörmət çərçivəsində təmin edilə bilər”, – deyə QHT sədri əlavə edib.

R.İskəndərli, həmçinin vurğulayıb ki, müraciətin gözlənilən nəticələri həm beynəlxalq, həm də daxili auditoriya üçün əhəmiyyətlidir. Bu sənəd vasitəsilə Azərbaycan vətəndaş cəmiyyəti öz mövqeyini açıq şəkildə bildirir və qlobal siyasi liderlərin diqqətini ölkəmizin qarşılaşdığı məsələlərə hərtərəfli cəlb edir. Bu isə çoxsaylı QHT və ictimai təşkilatların sülhə, dialoqa sadiqliyini nümayiş etdirir.

Əvvəlki Yazı

QMİ sədri Roma Papası ilə görüşdü

Növbəti Yazı

Saakaşvili hökuməti devirməyə çağırış ittihamları ilə bağlı özünü təqsirli bilməyib.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.