Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hökuməti devirməyə çağırış ittihamı ilə məhkəmə iclasında özünü təqsirli bilməyib. Bu barədə Gürcüstan İctimai Yayımçısının Birinci Kanalı məlumat verib.
“Cəzamın müddətinə daha üç il əlavə edirlər. Cəmi 16 il alacağam, pedofillərdən və seriyalı qatillərdən daha çox. Uşaqlarımı heç vaxt görə bilməyəcəyəm, təmiz havada gəzə bilməyəcəyəm”, – Saakaşvili hakimin ittiham olunduğu cinayətdə özünü günahkar hesab edib-etməməsi ilə bağlı sualına cavab olaraq bildirib.
