İranın nüvə silahı inkişaf etdirmək niyyəti yoxdur və bu baxımdan istənilən monitorinq tədbirlərini qəbul etməyə hazırdır. TASS müxbirinin verdiyi məlumata görə, bunu Prezident Məsud Pezeşkyan İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqa müraciətində bildirib.
“Biz dünya və xalqımız qarşısında dürüstük. Biz nüvə silahı yaratmağa çalışmırıq. Biz bunu dəfələrlə bildirmişik və hər hansı bir yoxlamaya hazırıq. Lakin ABŞ və Avropanın ritorikası ilə qurduğu yüksək etimadsızlıq divarı bu danışıqların nəticə verməsinə mane olur. İran onların həddindən artıq tələblərinə boyun əyməyəcək. İran ədalətsizliyə və təcavüzə boyun əyməyəcək. Biz regionda sülh və əmin-amanlıq naminə qonşu ölkələrlə dialoq aparırıq”, – deyə o bildirib. (Tass)
