Avrasiya İqtisadi İttifaqı (Aİİ), BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq İranın iqtisadi siyasətinin əsas prioritetlərindən biridir. TASS müxbirinin verdiyi məlumata görə, bunu Prezident Məsud Pezeşkyan İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqa müraciətində bildirib.
“Ölkənin və sənayenin inkişafı üçün bizə bazarlar lazımdır və ilk mərhələdə bunlar məhz İslam ölkələri və qonşularımızdır, daha sonra isə Aİİ, BRİKS, ŞƏT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsi lazımdır”, – deyə o bildirib.
2023-cü ildə İran ŞƏT-ə qoşulub. İslam Respublikası 1 yanvar 2024-cü ildə BRICS-in tamhüquqlu üzvü olub. 2025-ci ilin may ayında Aİİ ilə İran arasında malların 90%-nə endirimli idxal rüsumlarını nəzərdə tutan hərtərəfli sərbəst ticarət sazişi qüvvəyə minib.
