İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin sözlərinə görə, Oman hakimiyyəti dolayı danışıqların birinci mərhələsinin başa çatmasından sonra ABŞ-dan İran tərəfinə bir neçə mesaj çatdırıb.
“Biz amerikalılara heç bir məktub göndərmədik, amma Omandakı dostlarımız ABŞ-dan bizə bəzi mesajlar ötürdülər və biz onları Tehranda öyrənəcəyik”, – deyə o, Oman və Qətərə səfər etdikdən sonra İran dövlət televiziyasında bildirib. (Tass)
