Vaşinqton nüvə sazişinin mümkünlüyünü qiymətləndirmək üçün Tehranla danışıqların davam etdirilməsində israr edir. Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra bildirib.
ABŞ administrasiyasının rəhbəri “Truth Social”da yazıb: “Mən İsrailin Baş naziri Netanyahu və onun nümayəndələri ilə görüşü yeni başa vurdum. İranla danışıqların razılaşmanın mümkün olub-olmadığını müəyyən etmək üçün davam etdirilməsi ilə bağlı təkidimdən başqa heç bir konkret nəticə əldə edə bilmədik.”
Amerika lideri əlavə edib ki, “Baş nazirə aydın şəkildə bildirdim ki, buna nail olmaq daha məqsədəuyğun olardı. Əks halda, o, “nəticənin necə olacağını görəcəyik” deyib. (Tass)
