Suriya ordusu ABŞ-ın qüvvələrini geri çəkdiyi Qərb koalisiyasının əl-Tanf hərbi bazasına nəzarəti ələ keçirib. Bu barədə Ərəb Respublikasının keçid hökumətinin Müdafiə Nazirliyi məlumat verib.
Bəyanatda vurğulanır ki, “Suriya və Amerika tərəfləri arasında koordinasiya əsasında Suriya Ərəb Ordusunun bölmələri Əl-Tanf bazasına nəzarəti ələ keçirib və bazanın və ətraf ərazinin təhlükəsizliyini təmin edir”. Müdafiə Nazirliyi həmçinin bildirib ki, Suriya hökumət qüvvələri “Əl-Tanf səhrasında Suriya-İraq-İordaniya sərhədi boyunca yerləşdirilməyə” başlayıb.
Suriya, İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən Əl-Tanf bazası ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyası tərəfindən 2014-cü ildə İslam Dövləti (İŞİD) terror qruplaşması ilə mübarizə aparmaq üçün yaradılıb və strateji Dəməşq-Bağdad magistral yolunun nəzarətinə imkan verib. (Tass)
