Kipr Prezidenti Nikos Xristodulides hesab edir ki, Vladimir Zelenskinin tələb etdiyi kimi, Ukraynanın 2027-ci ilin əvvəlinə qədər Avropa Birliyinə daxil olması mümkün deyil.
“Volodymyr Zelensky 1 yanvar 2027-ci ildə qoşulmaqda israr edir. Bu, mümkün deyil”, – deyə Xristodulides “Le Monde” qəzetinə bildirib.
Onun sözlərinə görə, Aİ “bütün namizəd ölkələr üçün tədricən üzvlük sistemi yaratmalıdır ki, bu da onlara Aİ dəyərlərinə sadiqliklərindən və öz üstünlüklərindən asılı olaraq vahid bazara, Şengen zonasına və sonra isə ortaq kənd təsərrüfatı siyasətinə qoşulmağa imkan versin”. (Tass)
