Sham TV-nin verdiyi məlumata görə , Suriyanın cənubundakı Əs-Suveyda əyalətində avtomobilin partladılması nəticəsində ən azı iki nəfər yaralanıb.
Onun sözlərinə görə, hadisə əyalətin cənub-qərbindəki əl-Qurayya kəndində, Dürzi lideri Sultan əl-Ətraşın məqbərəsinin yaxınlığında baş verib. Telekanalın məlumatına görə, nəqliyyat vasitəsində silah və sursat olub və çox güman ki, partlayıb. Əlavə məlumat verilməyib.
