Avropa İttifaqının 2028-2034-cü illər üçün büdcəsinə icmanın şərq sərhədlərinin qorunması üçün vəsait daxil edilməlidir. Litva prezidenti Gitanas Nausėda bunu hazırda Vilnüsdə olan Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüşdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.
“Aİ-nin şərq sərhədi icmanın bütün üzvlərinin məsuliyyətidir. Bu, Şərqi Avropa regionu ilə bağlı maliyyə qərarlarında öz əksini tapmalıdır”, – deyə o bildirib.
Prezidentin sözlərinə görə, 2028-2034-cü illər üçün Aİ büdcəsinin təhlükəsizlik, rəqabət qabiliyyəti və ədalətli inkişaf sahələrindəki ambisiyalara uyğun olmasını təmin etmək lazımdır.
Litvanın şərq qonşuları ilə sərhədi Aİ-nin xarici sərhədidir. O, Belarus və Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə dövlət sərhədi ilə üst-üstə düşür. Belarusla sərhədin uzunluğu təxminən 680 km-dir. Litva-Rusiya sərhədinin uzunluğu 294,4 km-dir, bunun 253,7 km-i quru və daxili sularda, 18,5 km-i Kuron laqununda, 22,2 km-i isə Baltik dənizindədir. (Tass)
