ABŞ Demokrat senatorları ABŞ prezidenti Donald Trampın Rusiyanın enerji sektoruna qarşı sanksiyaları gücləndirmək üçün ikipartiyalı qanun layihəsi üzrə səsverməni təxirə saldığı barədə fikirlərini bildiriblər. Bu barədə Semafor portalı Demokrat senator Riçard Blumentala istinadən məlumat yayıb.
“Biz yaşıl işıq gözləyirdik, amma o (Tramp ) o qədər tərəddüd etdi ki, onun hərəkətlərini izləyən hər kəs çaşıb qaldı”, – portal siyasətçinin sözlərini sitat gətirir. O, hesab edir ki, prezident sanksiyalar qanun layihəsi ilə bağlı səsvermənin keçirilməsinə yeganə maneədir. (Tass)
