Ukraynanın Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi (HACC) “Energoatom” şirkətindən pulların yuyulmasında ittiham olunan keçmiş energetika naziri və keçmiş ədliyyə naziri Herman Qaluşşenkonu 200 milyon qrivna (4,6 milyon dollar) girov müqabilində həbs edib. Bu barədə RBC-Ukrayna xəbər agentliyi məlumat yayıb.
Prokuror girovun 425 milyon qrivna (9,8 milyon dollar) məbləğində müəyyən edilməsini istəyib. (Tass)
