Reuters agentliyinin verdiyi məlumata görə, Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampla Cenevrədə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları müzakirə edib.
Bundan əlavə, Böyük Britaniyanın Baş naziri və Ağ Ev rəhbəri ABŞ ilə İran arasında danışıqların ikinci mərhələsinin nəticələrini və Qəzza zolağındakı vəziyyətin nizamlanmasını müzakirə ediblər.
İranın xarici işlər naziri Abbas Əraqçi bir müddət əvvəl bildirib ki, Tehran və Vaşinqton İsveçrədə keçirilən danışıqlardan sonra bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər və bu razılaşmalar İslam Respublikasının nüvə proqramı ilə bağlı gələcək sazişin layihəsinə daxil edilə bilər. (Tass)
