Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqton və Tehran arasında İranın nüvə proqramı üzrə danışıqların nəticələrini, o cümlədən zənginləşdirilmiş uran ehtiyatlarına nəzarət məsələsini əvvəlcədən qiymətləndirməməyə çağırıb.
Kremlin sözçüsü, ABŞ-ın zənginləşdirilmiş uranı Yaxın Şərqdə saxlanmaq üçün təhvil verməyi təklif etməsi ilə bağlı Amerika mediasının xəbərlərinə dair brifinqdə şərh verərək bildirib ki, “Bizim təşəbbüsümüz var idi; zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğumuzu bəyan etdik; bu müzakirə edildi. Qalan hər şey iranlılar və amerikalılar arasında müzakirə mövzusudur. Danışıqlar davam edir, ona görə də nəticəni əvvəlcədən qiymətləndirmək çətin ki, doğru olardı”.
