Avqust 19, 2026-3:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Türkiyə və Azərbaycanın ortaq milli maraqları kontekstində erməni məsələsi” adlı monoqrafiya nəşr olunub

2026:02:18 - 13:27
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Şəbnəm Cəfərovanın “Türkiyə və Azərbaycanın ortaq milli maraqları kontekstində erməni məsələsi” adlı monoqrafiyası çap olunub.

AZƏRTAC xəbər verir ki, kitab bir neçə günə oxucuların ixtiyarına veriləcək.

Kitabdan geniş oxucu kütləsi, bakalavr, magistr və doktorantlar, həmçinin bu sahə ilə maraqlanan mütəxəssislər yararlana bilərlər.

Monoqrafiyaya BDU-nun Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov və AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı tərəfindən rəy verilib. Monoqrafiya müəllifin bu sahədə 15 ilə yaxın elmi tədqiqatlarının nəticəsi kimi ərsəyə gəlib. Monoqrafiyada Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Azərbaycan arxiv materiallarından geniş surətdə istifadə edilib.

Kitabda böyük dövlətlərin Osmanlı imperiyasının ərazilərini öz aralarında bölüşdürmək və onun sərvətlərini əldə etmək siyasətini ehtiva edən “Şərq məsələsi”nin davamı olan “Erməni məsələsi”nin yaranması, erməni-rus rəqabətindən ermənilərin yararlanmaq cəhdləri, erməni kilsəsinin erməni məsələsində mürtəce fəaliyyəti və onun nəticələri, həmçinin Böyük dövlətlərin missionerlik fəaliyyətində “erməni məsələsi”, Türkiyə və Azərbaycanın ərazilərində erməni siyasi-terror təşkilatlarının yaranması və antitürk fəaliyyəti, o cümlədən 44 günlük Vətən müharibəsi və onun nəticələri zəngin və mötəbər arxiv sənədləri əsasında kompleks-sistemli şəkildə tədqiq edilib.

Əvvəlki Yazı

bp Bakı Dövlət Universiteti üçün yeni rəqəmsal kitabxana istifadəyə verib

Növbəti Yazı

Peskov ABŞ-İran nüvə danışıqlarının nəticələrini əvvəlcədən qiymətləndirməməyə çağırıb.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.