Kreml Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə növbəti üçtərəfli danışıqların tarixini və yerini razılıq əldə edildikdən sonra açıqlayacaq. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov Ukrayna ilə bağlı üçtərəfli danışıqların gələn həftə Cenevrədə keçirilə biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirmək istəyinə cavab olaraq bildirib: “Xeyr, hələlik bunu təsdiqləyə bilmərəm”.
Kremlin sözçüsü bildirib ki, “Qəti bir anlaşma əldə edildikdən sonra, son vaxtlar etdiyimiz kimi, sizə məlumat verəcəyik”. (Tass)
