Moskva ilə Tokio arasında münasibətlər sıfıra endirilib və dialoq olmadan sülh müqaviləsinin müzakirəsi mümkün deyil. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Yaponiyanın Baş naziri Sanae Takaiçinin açıqlamasını şərh edərkən bildirib.
Kremlin sözçüsü bildirib ki, “Hazırda münasibətlərimiz sıfıra enib; heç bir dialoq aparılmır. Dialoq olmadan sülh müqaviləsini müzakirə etmək mümkün deyil”. (Tass)
