İyun 29, 2026-6:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Övladlığa uşaq götürənlərə verilən güzəştlər hansılardır?

2026:02:20 - 15:17
in SOSİAL
A A

Övladlığa uşaq götürmüş şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilməklə yanaşı, onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə malikdirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi AZƏRTAC-a həmin güzəştlər barədə məlumat verib. Bildirilib ki,

– valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan qadınların və kişilərin 5 il erkən yaşa görə pensiya və ya yaşa görə müavinət hüququ var;

– əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlar, bu yaşadək üç və daha çox uşağı, yaxud əlilliyi olan uşağı olan qadınlar üçün nəzərdə tutulan əlavə məzuniyyət uşaqları övladlığa götürmüş şəxslərə də şamil olunur;

– iki aylığadək uşağı övladlığa götürən qadınların doğuşdan sonra müəyyən edilmiş 56 günlük ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququ var;

– üç yaşadək uşağı övladlığa götürən qadınların 3 yaşadək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdən istifadə etmək hüququ var;

– əlilliyi olan uşağı övladlığa götürən valideynlərin birinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat azaldılır;

– eyni zamanda, övladlığa götürülmüş uşaqlar ailə başçısını (onları övladlığa götürmüş şəxsləri) itirdikdə, ailə başçısını itirməyə görə aylıq sosial ödənişlə (pensiya və ya müavinət) təmin edilirlər. Habelə valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülmüş uşaqlar ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqları dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

Əvvəlki Yazı

Reuters: Aİ səfirləri Rusiyaya qarşı 20-ci sanksiya raundu ilə bağlı görüş keçirə bilmədilər.

Növbəti Yazı

Fiko Ukraynadakı münaqişəni uzatmaq istəyən siyasətçiləri tənqid edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.