Slovakiyanın Baş naziri Robert Fiko Ukraynadakı münaqişənin hərbi həlli olmadığını bildirib və onu uzatmaq istəyən siyasətçiləri tənqid edib. Baş nazirin çıxışının videosu Facebook-da yerləşdirilib.
Fiko bildirib ki, “bu müharibənin hərbi həlli yoxdur. O, “bu müharibəni nəyin bahasına olursa olsun necə uzatmaq” barədə düşünən bəzi Avropa siyasətçilərinin yanaşmasını tənqid edib.
Onun sözlərinə görə, Avropa İttifaqının effektiv xarici siyasəti yoxdur. “Əgər biz həqiqətən də dünyada [digər ölkələr üçün] əhəmiyyətli tərəfdaş olmaq istəyiriksə, Kaja Kallas Avropa diplomatiyasının rəhbəri ola bilməz. Axı heç kim onunla görüşmək istəmir”, – deyə Fiko bildirib. Onun vəzifəsini tutmaq üçün Toni Bler kimi əhəmiyyətli keçmiş baş nazir namizəd göstərilməlidir, amma təbii ki, Böyük Britaniya bu gün Aİ-nin bir hissəsi deyil.” Fikonun sözlərinə görə, bu vəzifəni Fransa və ya Almaniyanın keçmiş hökumət başçısı tuta bilər. (Tass)
