İsrail ordusu Livanda Hizbullah milislərinə qarşı hücuma başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
“Biz Hizbullaha qarşı hücum kampaniyasına başlamışıq. Biz sadəcə özümüzü müdafiə etmirik. İndi hücuma keçmək istəyirik”, – deyə o, ordu mətbuat xidməti tərəfindən yayımlanan video görüntülərdə hərbçilərlə görüşdə bildirib.
