Bir neçə aydır ki, Amerika qanunvericiləri ABŞ prezidenti Donald Trampa İranda zorakı rejim dəyişikliyinə cəhd göstərməsi üçün təzyiq göstərirlər. Bu barədə bazar günü “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu və Amerika Respublikaçı qanunvericiləri aylardır ki, Trampa İran hökumətinin əvvəlkindən daha zəif olduğunu deyir, Ağ Ev sakinini “fürsətdən istifadə edib başını kəsməyə” çağırırlar. Lakin WSJ mənbələrinin qeyd etdiyi kimi, ABŞ prezidenti və köməkçiləri yanvarın əvvəlində Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün keçirilən hərbi əməliyyatdan sonra zorakı liderlik dəyişikliyinin “mütləq başqa bir İraqla nəticələnməyəcəyinə” əminlik qazanıblar. (Tass)
