İsrail Müdafiə Qüvvələri (İMQ) Tehrandakı komanda mərkəzlərinə zərbələr endirdiyini açıqladı.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin Telegram kanalında dərc olunmuş açıqlamasında deyilir: “Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsasən Tehran boyunca komanda mərkəzlərinə əlavə zərbələr endirib. Bu zərbələrin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələri Bəsic (İİKK-nın tərkibindəki hərbiləşdirilmiş milis qruplaşması ) və daxili təhlükəsizlik komanda mərkəzlərinə onlarla sursat atıb”. (Tass )
