“Politico” mənbəyə istinadən xəbər verir ki, Avropa İttifaqı İrandakı vəziyyətin Yaxın Şərqdən gələn miqrantların sayının artmasına səbəb olacağından qorxur.
Məlumata görə, 1 martda Aİ səfirləri və xarici işlər nazirləri İrandakı vəziyyətlə bağlı qapalı danışıqlar aparıblar. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də münaqişəyə cavab tədbirlərini müzakirə etmək üçün komandası ilə təcili iclas keçirib.
Qəzetin mənbəsinin məlumatına görə, blok Avropaya miqrantların sayının potensial artması, eləcə də onlara humanitar yardımın göstərilməsi məsələlərindən narahatdır. (Tass)
