Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə İran ətrafındakı böhranın diplomatiya yolu ilə tez bir zamanda həllini dəstəkləyir.
“İran böhranı ilə bağlı mövqeyimiz tamamilə aydın və dəqiqdir. Türkiyə həmişə müharibənin deyil, sülhün tərəfindədir. Biz alovlanmadan, yayılmadan, daha çox insan itkisi olmadan, daha çox qan tökülmədən onu söndürməyə çalışırıq. Hər iki tərəfin əllərini tətikdən çəkməsini, atəşkəsin əldə edilməsini və hər iki tərəfin mümkün qədər tez danışıqlar masasına qayıtmasını təmin etmək üçün çalışırıq”, – deyə Ərdoğan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri ilə keçirilən ənənəvi Ramazan iftar yeməyində bildirib. (Tass)
